Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hafiz Hacıyevin vəziyyəti kafidir - Oksigen balonu ilə nəfəs alır

  • 2021.11.12 16:53
  • 1735 Baxış
Hafiz Hacıyevin vəziyyəti kafidir -  Oksigen balonu ilə nəfəs alır
Bir müddət öncə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev evə buraxılsa da, səhhətindəki problemlər aradan qalxmayıb.

Medicina.az xəbər verir ki, yenisabah.az Hafiz Hacıyevın durumu ilə maraqlanıb. Siyasətçi açıqlamasında evdə müalicə aldığını, vəziyyətinin kafi olduğunu qeyd edib:

“Məni xəstəxanadan yenidən evə buraxıblar, hazırda evdə müalicə olunuram, oksigen (süni tənəffüs - red.) aparatına qoşulmuşam. Sizinlə çətinliklə danışıram. Çox sağ olun, axtardığınız üçün, Allah köməyiniz olsun”.

Qeyd edək ki, Hafiz Hacıyev bundan əvvəl Türkiyədə müalicə olunub.