Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hafiz Hacıyev süni nəfəs aparatından ayrıldı

  • 2021.10.25 11:09
  • 1993 Baxış
Hafiz Hacıyev süni nəfəs aparatından ayrıldı
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gündən palataya köçürülməlidir.

Medicina.az xəbər verir ki bunu APA-ya açıqlamasında Hafiz Hacıyevin oğlu deyib.

O bildirib ki, atasının vəziyyəti yaxşıdır: “Həkimlər süni tənəffüs aparatından ayırıblar. Daha da yaxşı olacağına ümid edirik. Ağciyərində bir az buzlaşma olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Amma artıq yaxşıdır. Həkimlər bu həftənin axırına xəstəxanadan çıxara biləcəyimizi deyirlər”.

Qeyd edək ki, koronavirusa yoluxmuş H. Hacıyev oktyabrın 17-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.