Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb.
"Medicina" xəbər verir ki, tibb müəssisəsində artıq yüksək keyfiyyətli göz cərrahiyyəsi xidmətlərinin göstərilməsinə başlanılıb.
Bir müddətdir ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanada peşəkar həkim heyəti tərəfindən göz müayinələri və cərrahi müdaxilələr həyata keçirilir.
Şöbədə oftalmoloji müayinələrlə yanaşı, katarakta, qlaukoma, kantoplastika, intraokulyar göz bülluru protezinin taxılması, İOL implantasiyası, xroniki dakriosistit, çəpgözlük və orbitotomiya kimi bir sıra göz əməliyyatları da icra olunur.
Qeyd edək ki, tibb müəssisəsində göz müayinələri və əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.