Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Ciddi nəzarətə götürülməli idi" - Kardioloq Hacı Şahindən danışdı

  • 2023.03.02 14:22
  • 4274 Baxış
"Ciddi nəzarətə götürülməli idi"  - Kardioloq Hacı Şahindən danışdı

Dünən gecə saatlarında ilahiyyatçı Hacı Şahin Həsənli ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, bir gün əvvəl - martın 1-də Hacı Şahin səhhətindəki problemlə əlaqədar özəl xəstəxanalardan birinə müraciət edib. Onun ürək nayihəsində göynəmədən şikayətçi olduğu bildirilir.

Adətən, bu əlamət damarlarda trob olduqda özünü göstərir. Ciddi tədbir görülmədiyi halda bu vəziyyət infarktla sonuclanır.


Belə aydın olur ki, infarkt riski olsa da, nədənsə həkimlər bu barədə xəbərdarlıq etmədən Hacı Şahini evə buraxıblar.

Halbuki belə hallarda müraciət edən pasiyent evə buraxılmamalı, dərhal anju olunmalı və nəticəyə uyğun olaraq, addımlar atılmalıdır. Çox təəssüf ki, bütün bunlara diqqət yetirilməyib. Ürəyindən şikayətçi olan Hacı Şahin öz xilası üçün vaxtında həkimlərə müraciət etsə də, onlar məsələyə peşəkar yanaşmayıblar.


Beləliklə, Hacı Şahin evə qayıtdıqdan sonra səhhəti daha da ağırlaşıb. Damar tıxanması onun ölümünə səbəb olub.
Hacı Şahin hansı özəl xəstəxanaya müraciət edib? Onu hansı həkimlər müayinə edib? Nədən o, kardiologiya şöbəsinə yerləşdirilməyib? Bu suallar ətrafında araşdırmalarımız davam edir. Bəs, dünən ürəyindəki narahatlıqlarla bağlı özəl klinikaya müraciət edən Hacı Şahin hansı prosedurlardan keçməli idi?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən həkim-kardioloq Muxtar Museyibov bildirib ki, ilahiyyatçının sinəsində göynəmə olubsa, bu çox ciddi bir şikayət kimi nəzərə alınmalı idi:


"Göynəmə olubsa, demək burda hansısa damarın tutulmasından söhbət gedib. Bu şikayətlə harasa müraciət edibsə, orada ciddi nəzarət altına alınmalı idi. Qan dövranının pozulması, yəni stenokardiya dediyimiz bir vəziyyət baş verib. Ona görə düşünürəm ki, Hacı Şahin infaktla bağlı dünyasını dəyişib. Əvvəl ürək ağrıları ürəktutma şəklində olur.

Müdaxilə olunmadıqda xəstə kəskin infakt keçirir və çox vaxt dünyasını dəyişir. Bu həyati riski yüksək olan bir haldır. Əgər xəstənin sinəsində yanma, göynəmə şikayəti vardısa, mütləq ciddi kardioloji nəzarətə götürülməli, təcili anjuoqrafiya olunmalı və hər hansı bir damar tutulmuşdusa, ona müdaxilə etmək lazım idi. Yox , əgər mitral qapaq çatışmazlığı ciddi səviyyədə olubsa, bunun göstərişi açıq əməliyyatdır".