Hacı Şahinin hansı xəstəxanaya getdiyi məlum oldu
Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin hansı xəstəxanada olması məlum olub.
Bakupost.az xəbər verir ki, bu barədə “Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri Üzeyir Rəhimov bildirib.
“İlahiyyatçı Hacı Şahin Həsənli bir gün əvvəl “Baku Medikal Plaza”nın kardiologiya şöbəsində yox, təcili yardımında olub.
Ona xəstəxanada yatmaq tövsiyə olunub. Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib”.