Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin anadangəlmə ürək qüsurlu olduğu məlum olub.
Bakupost.az -ın yaxınlarından əldə etdiyi məlumata görə, anadangəlmə mitral qapaq yetməzliyi olan Hacı ürək əməliyyatı da keçirib.
Ürəyinə stent qoyulan ilahiyyatçı problemindən xəbərdar idi.
Klapan yetməzliyi ciddi ürək qüsurudur. Yeganə müalicəsi ürək köçürülməsidir.
Amma dünən gecə kəskin infarktı tətikləyən səbəbin dəqiq nə olduğu məlum deyil.