Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hacı Nuran Başkent Universiteti xəstəxanasında müayinədən keçdi - “Səhhətim yenə sözümə baxmır”

  • 2023.07.28 15:28
  • 3141 Baxış
Hacı Nuran Başkent  Universiteti xəstəxanasında müayinədən keçdi   - “Səhhətim yenə sözümə baxmır”
Azərbaycanlı aparıcı, xeyriyyəçi Hacı Nuranın səhhətində yenidən problemlər yaşandığı üçün o növbəti dəfə müayinələrə gedib. Həmişə Almaniyaya gedən Hacı Nuran bu dəfə Ankara Başkent Universiteti xəstəxanasına üz tutub.


“Medicina” xəbər verir ki, dünəndən Türkiyədə olan Hacı Nuranı Başkent Universiteti Xəstəxanasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, azərbaycanlı həkim Turxan Namazov qarşılayıb və bütün lazımi müayinələrdən keçirilib.

“Həyatımın bütün anlarında Tanrı qarşıma ən yaxşı insanları çıxarıb. İstər dar günümdə, istərsə də şad günümdə yanımda olublar , əl tutublar, kömək ediblər ... Belə insanlardan biri də Turxan Cavanşir oğlu Namazovdur .

Ankarada yerləşən Başkent Universiteti xəstəxanasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olan Turxan həkim təkcə Hippokrata deyil, vicdanına da and içən adamdır. Ankaraya gəldiyimi eşidib, mənimlə əlaqə saxladı. Səhhətim yenə sözümə baxmır. Qan göstəricilərim normada deyil.
Bir az təngənəfəsliyim var. Sağ olsun, Turxan Namazovu ...

Qısa müddət ərzində məni müayinə etmək üçün Başkent Universiteti xəstəxanasına dəvət etdi. Və yenə şükür edirəm ... Nə yaxşı ki, dünya yaxşılardan xali deyil. O yaxşılar olmasaydı bu gün mən də yaşamazdım. Məni qəbul edən, müayinə edən, ümidlər verən bütün həkimlərə təşəkkür edirəm.

Müraciət edə bilərsiz: Başkent Üniversitesi @baskenthealth_ankara, Türkiyə, Ankara, Bahçelievler, + 90 530 830 53 00