Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Habil Əliyevin koronavirusa yoluxan həkim qızının vəziyyəti

  • 2020.05.13 15:59
  • 3039 Baxış
Habil Əliyevin koronavirusa yoluxan həkim qızının vəziyyəti

Mərhum Xalq artisti Habil Əliyevin həkim qızı Vəfa Əliyeva koronavirusa qalib gəlib.

Medicina.az açıqlamasında 22 saylı Uşaq Poliklinikasının baş həkimi V.Əliyeva məlumat verib.

O qeyd edib ki, müalicə müddətini başa vuraraq işinə davam edir:

“Martın 29-u koronavirusa yoluxduğum məlum oldu. İki işçimizdə virus olduğu üçün bizi də yoluxdurdu.

Sonra 35 nəfər də koronavirusa yoluxdu. Buna görə, poliklinikanın fəaliyyəti müvəqqəti dayandırıldı.

Mən iki həftə müalicə olundum. İndi sağlıq durumum yaxşıdır, iş başındayıq. Poliklinikamız da fəaliyyətini artıq bərpa edib”.