Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözünü müayinə etdirmək istəyən Tovuz sakinlərinə şad xəbər - Səyyar klinika rayona gəlir

  • 2018.11.06 12:13
  • 10047 Baxış
Gözünü müayinə etdirmək istəyən Tovuz sakinlərinə şad xəbər -  Səyyar klinika rayona gəlir
7-8 noyabr 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Tovuz rayonunda tibbi aksiya keçirəcək. 


Medicina.az xəbər verir ki, aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdir. Eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır. 


Məlumat üçün bildirək ki, növbəti aksiyasına başlayan Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə, 2018-ci ildən fəaliyyətə başlayan yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan  Dəmiryolu Səyyar Klinikanın uzunluğu  25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası  vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr,işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib. 


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası və bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Mərkəzin Səyyar Klinikasının Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və bu Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsələrindən hesab olunur. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır.  2005-ci ildən bu günə kimi Səyyar Klinika paytaxda və respublikanın bir çox rayon və şəhərlərində tibbi aksiya keçirir. 


Müayinə olunmaq istəyənlər  7-8 noyabr tarixlərində Tovuz – Qovlar dəmiryolu stansiyasında saat 10:00-dan sonra ola bilərlər.


Əlaqə: Mob: (+994) 514338116, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi.