Göz səyriməsi insanın özündən asılı olmayan əzələ hərəkətidir. Bəs bu halın baş verməsinə səbəb nədir?
Medicina.az bununla bağlı faydalı məlumat hazırlayıb.
Göz səyirməsinin səbəbləri arasında ən çox rast gəlinənlərdən biri göz təzyiqinin qəfildən düşməsidir.
Göz səyirməsinin birdən çox səbəbi var. Bunlardan ən başlıcası fəsil dəyişikliyidir.
Yorğunluq və stres də buna səbəb ola bilər. Bu problemlər işığa qarşı həssaslıq (fotofobiya), konyuktvit (gözün selikli qişasının iltihabı), allergiya, yuxusuzluq, stress və yorğunluqdan qaynaqlanır.
Eyni zamanda görmə problemi, çirkli hava, həddindən artıq kofein və spirtli içki qəbulu, maqnezium çatışmazlığı da gözün səyriməsinə səbəb olur. Uzun müddətli göz səyirməsinə göz qişasının iltihablanması da səbəb ola bilər.
Bu prosses uzun müddət davam edərsə və həkimə gedərək müalicə olmasanız göz qapağının bağlanmasına səbəb olacaq.
Gözlərin səyirməsi qəfil başlayır. Bəzi hallarda gözlərin səyirməsi nevroloji narahatçılıqlardan da meydana çıxa bilir. Bu əlamət təhlükəli hesab olunmasa da vəziyyət pisləşdikdə insanda işığa qarşı həssaslıq, tor görmə, üz əzələlərində səyirmə müşahidə edilə bilir. Ən ağır halda üst göz qapağı bir neçə saat qapalı qala bilir.
Göz səyriməsinin qarşısını almaq üçün isti kompres və yüngülcə massaj etmək, 7-8 saat yatmaq, günəşli havalarda gün eynəyi taxmaq, kitab oxumağı və komputerdə işləməyi azaltmaq lazımdır. Davam edən göz səyriməsinin qarşısı alınmazsa, bu görmə qabiliyyətinin aşağı düşməsinə, üz spazmalarına səbəb ola bilər. Əgər gözünüz uzun zaman səyriyərsə və gördüyünüz tədbirlərin heç bir faydası olmazsa mütləq həkimə müraciət edin.
Ayna
Medicina.az