Bəzən gözlərimiz tez-tez qaşınır və ya ovalamaq ehtiyacı duyuruq. Çox diqqət etməsək də, ütəxəssislər bu məqamda həyəcan təbili çalırlar.
Medicina.az xəbər verir ki, əgər eynək nömrəsi tez-tez dəyişilirsə, gözləri ovuşturma hissiyyatı varsa, şikayətləriniz artırsa bu "Keratokonus” xəstəliyindən xəbər verir.
Bəs keratokonus nədir?
Adətən hər iki gözdə başlayan, ciddi yanaşılmadıqda irəliləyən xəstəlikdir. Səbəbi hələ də bilinmir. Genetik xəstəlik olduğu təxmin edilir. Alimlər açıqlamalarında bildirirlər ki, əgər gözlərdə qaşınma çoxdursa, göz həkiminə mütləq müayinə olunmaq lazımdır.
Necə müalicə edilir?
Batıgöz Səhiyyə Qrupu həkimlərindən olan Banu Acar bu xəstəlikdən əziyyət çəkən pasiyentlərin əksəriyyətində görmə zəifliyinin müşahidə olunduğunu bildirib.
"Belə xəstələrə eynək təyin olunsa da qısa zaman ərzində dəyişmə ehtiyacı görürlər. Bu şikayətlərlə gələn xəstələrdə ilk olaraq gözün kornea adlanan hissəsi yoxlanılır. Gözün tomoqrafiyasına baxılır, ondan sonra müalicə təyin edilir”, - deyə Acar qeyd edib.
Salam. Mən keratakonus xəstəsiyəm. Çoox əziyyət çəkirəm Hibrid lens ölçuləridə təyin etmək mümkün olmur. .