Polşanın Vrotslav şəhərində yaşayan gənc qız görmə qabiliyyətini itirib.
Buna səbəb gözlərinə tatu vurdurmaq istəməsidir.
Medicina.az xəbər verir ki, o öz sevimli rep kumiri Popek Monsteri yamsılamaq üçün onun gözlərindəki kimi tatulara sahib olmaq istəyib. Amma düzgün salon seçmədiyinə görə sağ gözünü itirib. Qeyri-peşəkar ustaların əlinə düşən Ola adlı qız yəqin ki, bu hərəkətinə görə ömür boyu peşmançılıq çəkəcək.