Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözlərin lazer korreksiyası haqda 6 YALNIŞ FİKİR

  • 2019.03.16 09:16
  • 12140 Baxış
Gözlərin lazer korreksiyası haqda  6 YALNIŞ FİKİR
 

Gözlərin lazer korreksiyası – eynəkdən azad olmağın müasir üsuludur. Bir çoxları Düzdür hər kəs bu əməliyyata ürək etmir. Səbəbi isə bu əməliyyat haqda bir sıra əfsanələrin olmasıdır. 


Medicina.az sizə lazer korreksiyası haqda olan yalnış məlumatları təqdim edir: 


1) Lazer korreksiyası ağrılı olur və uzun müddətli bərpa dövrü tələb edir. 


Bu nəsildən olan ilk fotorefrassion keraktoektamiya əməliyyatı kifayət qədər ağrılı  idi və uzun müddətli bərpa dövrü tələb edirdi. Amma hal-hazırda bu üsuldan nadir hallarda istifadə edilir. Müasir göz korreksiyası əməliyyatı 25 saniyədə həyata keçirlir. Bu zaman xəstə heç bir narahatlıq hiss etmir. O, bir sutkadan sonra normal həyat tərzinə qayıda bilir. 


2) Lazer korreksiyasından sonra doğmaq olmaz 


Qadının normal şəkildə dünyaya uşaq gətirməsi və ya qeysəriyyə olunması yalnız onun gözündə yerləşən torlu qişanın vəziyyətindən asılıdır. Göz korreksiyasının təbii doğuşa heç bir təsiri olmadığı bilinsə də, həkimlər bunu hamilə qadınlara tətbiq etməyi məsləhət bilmirlər. Yaxşı olardı ki, bu əməliyyat doğum və südəmizdirmə periodu keçdikdən sonra həyata keçirilsin. 


3) Kontakt linzalardan istifadə lazer korreksiyasından dəfələrlə təhlükəsizdir. 


Həkimlər kontakt linzaları sutkalarla çıxarmadan istifadə etməyin mümkün olduğunu bildirsələr də, bu doğru deyil. Nəzərə alsaq ki, kontakt linza gözə yerləşdirilən yad cisimdir, o göz quruluğu, göz zədələnməsi kimi bir sıra fəsadlara yol aça bilər. Gözə infeksiya düşməməsi üçün əlləri yumaq lazımdır.


4) 40 yaşdan sonra görmə qabiliyyəti dəyişir və 100% olur. 


Əslində isə belə deyil. Əgər insanın görmə qabiliyyəti mənfidirsə o 40 yaşdan sonra da olduğu kimi qalacaqdır. Bu zaman yaxşı olardı ki, siz əməliyyat etdirərək görmə qüsurundan xilas olasınız. Tibb tarixində görmə korreksiyası etdirən ən yaşı xəstənin 86 yaşlı bir qadın olduğu məlumdur.

 

5) Əgər əməliyyat zamanı başınızı tərpətsəniz, o zaman gözlərinizə zərər verə bilərsiniz.

 

Lazer korreksiyası avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Əgər pasiyent gözünü və ya başını tərpədərsə o zaman lazer sönür. O yalnız göz lazım olan istiqamətdə dayandıqda işləyir. Buna görə də gözə əlavə heç bir təsir olmur. 


6) Bu gün lazer korreksiyası etdirmək gözəllik salonuna getmək qədər asan və ucuz başa gəlir. 


Əməliyyatın maliyyəti həkimin peşəkarlığından və tibbi avadanlıqlardan asılı olaraq dəyişir. 


Arzu

Medicina.az