Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözdə yaranan qızartılar xəstəlik xəbərçisidir

  • 2018.03.16 10:39
  • 26121 Baxış
Gözdə yaranan qızartılar xəstəlik xəbərçisidir
Göz içi qızarıqlıqlar, göz damarlarının genişləyərək verdiyi təsir nəticəsində yaranır. Belə problemlər asan müalicə ilə həll edilə bilər. Ancaq  bəzi göz problemləri "bu gün, sabah keçər” deyə düşünülərək diqqətlə yanaşılmır və səbəbi adi olsa da sonra dərinləşərək istənilməyən nəticələr doğura bilər.


Medicina.az hekimtap.az-a istinadən xəbər verir ki, zamanında müalicə edilməyən infeksiyalar gözün iç təbəqələrinə doğru yayılaraq görmə itkisi yarada bilər. Qalıcı ola bilən bu problemlərin qarşısını almaq üçün erkən diaqnoz və müalicə vacibdir.


Gözdəki xəstəlikər mühüm əlamətlərlə üzə çıxır.


Göz xəstəlikləri ən çox qızarıqlıq, qanama, yanma, qaşınma, batmaq, şişlik, ağrı və bulanıq görmə kimi əlamətlərlə özünü göstərir. Bu simptomlar əksər zaman infeksiya ya da allergiya səbəbləri ilə ortaya çıxar.


Yanma və batmaq hissi varsa bu başqa xəstəliklərin əlaməti ola bilər. Belə ki, quruluq, yanmaq hissi ilə  birlikdə sulanma da varsa, gözdə yad cisimin olması problemini yaşaya bilərsiniz. Həmçinin allergiya, göz qapağı pozuntularının da xəbərçisi ola bilər.


Göz qapağı şişkinliyi adətən infeksiya qaynaqlı göz xəstəliklərinin xəbərçisidir. Ancaq bu şişliklər mütəmadi olaraq yaşanırsa, böyrək başda olmaqla müxtəlif orqanlardakı problemlərin əlaməti ola bilər.


Göz və göz qapağı qaşıntılarına diqqət edin -  Allergiya səbəbindən gözdə qaşıntılar yarana bilər. Həddindən çox güclü işıqda durmaq, sinüzit, göbələk kimi xəstəliklər də gözdə qaşıntı yarada bilər.