Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Göz altıdankı qara kölgələrdən necə xilas olmalı – 5 super resept

  • 2019.01.26 18:15
  • 12539 Baxış
Göz altıdankı qara kölgələrdən necə xilas olmalı –  5 super resept
Çox gənc xanımlar göz altında tünd dairə, qaralmalardan əziyyət çəkərək, onların üzərini tonal kremlərlə örtməyə çalışır.

Medicina.az xəbər verir ki, bu problem göz altında kifayət qədər imfa və qan dövranının olmamasından qaynaqlanır.


Bu qaralmaları aradan qaldırmaq üçün bu üsulları sınaya bilərsiz:


-Sürvə ( şalfey) dəmləyib, soyudun. Həmin məhlulun yarısını isti edin, yarısını soyuq. Pambıq diskləri əvvəl soyuq sürvə dəmləməsində isladıb göz altına qoyun, 5 dəqiqə sonra pambığı soyuq şalfey dəmləməsində isladıb göz altına qoyulur.

Hər dəfə 5-7 dəqiqə saxlanılır.


2. Hər iki gözün altına çiy kartof maskası qoyulub, 15 dəqiqə saxlanılır. İstəsəniz sürtgəcdən keçirilmiş zeytun yağı əlavə edin.


3. Təzə cəfərini çox xırda doğrayıb, əzib üzərinə 100 ml qaynanmış su əlavə edib, 30 dəqiqə saxlayın. Şüşə qaba töküb, hər gün bu məhlulda pambığı isladıb göz altını silin. Cəfəri əzilməsini də maska kimi qoya bilərsiz. 15 dəqiqə saxlayıb silin. 


4.  Nəm pambıq diski soyudulmuş süddə isladılıb, göz altına qoyun. 


5. Nanəni narın doğrayıb 100 ml qaynanmış su əlavə edib, 30 dəqiqə kənara qoyun. Tamponu bunda isladıb, 15 dəqiqə göz altına qoyub saxlayın.