Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Güzgüyə baxarkən stress keçirməyin səbəbi

  • 2023.04.20 18:24
  • 1900 Baxış
Güzgüyə baxarkən stress keçirməyin səbəbi
Güzgüyə baxarkən stress və həyacan keçirtmək əqli çatışmamazlığın, yəni demensiyanın əlaməti ola bilər.

“Medicina” xəbər verir ki, əqli çatışmamazlıq beynin davamlı pisləşməsi ilə əlaqəli bir qrup simptomu özündə birləşdirir. Yaşlılarda daha çox rast gəlinir, yaddaş itkisinə, davranış dəyişikliklərinə və hətta hərəkət problemlərinə səbəb ola bilər. Güzgüyə baxanda da bu insanlarda problem yarada bilər.


Nevroloq Aleksandra Alehinanın sözlərinə görə, güzgü əks etdirmələri demensiya ilə yaşayan insanları "narahat edə" bilər. Güzgüləri sökmək və ya örtmək son çıxış yoludur.

Onlar güzgüdə özlərini tanımadıqları təqdirdə əsəbiləşə bilərlər. Eynilə, axşam saatlarında pərdələri bağlamaq da lazımdır.

Bəziləri üçün güzgüdə əks olunmasının görünüşü narahatlıq, qəzəb və ya hətta isterik dəhşətə səbəb ola bilər. Gördükləri insanı tanımırlar və qəfil yanlarında yad birinin peyda olduğunu düşünürlər.

Onları sakitləşdirmək cəhdlərinə müqavimət göstərə bilərlər. Demanslı yaşlı insanların vanna otağında çimməkdən imtina etmələrinin və ya həyəcanlanmalarının səbəbi də güzgü qorxusu ola bilər.

Demansın digər əlamətlərinə aşağıdakılar daxildir:

• Yaddaş itkisi, məsələn, keçmiş hadisələr son hadisələrdən daha asan xatırlanır.
• Düşüncə və ya əsaslandırma ilə bağlı problemlər
• televiziya proqramlarını izləməkdə çətinlik.
• Yaddaş itkisi səbəbindən narahatlıq, depressiya və ya qəzəb hissi


Günay Quliyeva