Hər kəs öz görünüşündə bir deffekt axtarıb tapır, hansısa nahiyəsini bəyənmir. Bu, normaldır. Lakin anormal olan həddindən artıq aludəçilikdir. Yəni başqalarının görmədiyi, sezmədiyi, hiss olunmayan fiziki qüsurları axtarıb tapmaq, bədəninə, üzünə nifrət etmək və bunu dəyişməyə cəhddir.
“Medicina” xəbər verir ki, psixiatr Kaştanovun sözlərinə görə, insanda beş əlamət bədən dismorfofobiyası olduğunu göstərə bilər:
Güzgü qarşısında və ya smartfonda şəkillərə baxaraq, qüsurları dərk etmək, izləmək üçün saatlarla vaxt sərf edir.
Uzun müddət, saatlarla geyim seçirsiz
Siz tez-tez xarici görünüşünüzü başqalarının görünüşü ilə müqayisə edirsiniz, irrasional nəticələr çıxarırsınız və çatışmazlıqların həqiqətən mövcud olduğunu təsdiqləyirsiniz.
edilən qüsuru düzəltmək üçün kosmetik və ya cərrahi müalicələrə üz tutursuz
Sosial təcrid var, ictimai yerlərdə çox görünmürsüz
Əhalinin iki-üç faizi bədən dismorfofobiyasından əziyyət çəkir. Buna həmçinin sui-istifadə, laqeydlik və ya zorakılıq kimi mənfi uşaqlıq təcrübələri səbəb ola bilər.
Diaqnoz və müalicə həmişə psixiatr tərəfindən qoyulmalıdır.
Günay Quluzadə