Gut (podaqra) xəstəliyi oynaqlarda şişlik, qızartı, şiddətli ağrı ilə müşayiət edilən oynaq iltihabıdır.
Medicina.az xəbər verir ki, mütəxəssislər spirtli içkilərdən istifadə edənlərin bu problemdən daha çox əziyyət çəkdiyini bildiriblər.
Həmçinin elm adamları Gut xəstəliyi üçün risk faktolarını açıqlayıblar.
Belə ki, qırmızı ət, qabıqlı dəniz məhsulları, şəkərli qidalar yeyənlərin bu xəstəliyə tutulmaq riski daha yüksəkdir.
Həkimlər xəstəlikdən qorunmaq üçün insanların çəkilərinə, xolesterin səviyyələrinə diqqət etmələrinin vacib olduğunu vurğulayıblar.
Şəhanə Quliyeva