Gürcüstanda 13 nəfər koronaviruslu xəstədən biri Xəstəliklərə nəzarət üzrə Milli Mərkəz adlanan əsas tibbi qurumun direktorunun oğludur.
Medicina.az xəbər verir ki, Nikoloz Qamkrelidzenin oğlu özü bu barədə məlumat yayıb.
“Məlum oldu ki, koronaviruslu xəstə olan əməkdaşımızla kontaktdan sonra biz karantinə alındıq. Mənim analizim təsdiq etdi ki, məndə də virus var”.
O, müalicəsini Tbilisi infeksion xəstəxanasında alır və özünü yaxşı hiss edir.