Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndinin azərbaycandilli ictimai məktəbində koronavirus aşkarlanıb.
Məktəbin bir neçə müəlliminin COVID-19-a yoluxduğu təsdiqlənib.
Bu səbəbdən siniflərdə dərslər dayandırılıb və təhsil müəssisəsi distant rejimə keçib.
Məktəbdə dezinfeksiya işləri aparılacaq.
Saqarecoda mövcud 26 ictimai məktəbin 16-da tədris prosesi adi, 10 məktəbdə isə artıq bir neçə həftədir distant formada davam etdirilir.