“Gürcüstanda aşkar edilən koronavirusa yoluxma hallarının 100%-i “delta” ştamıdır”.
Medicina.az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.
O bildirib ki, ölkədə indiyədək “mü” ştamına yoluxma faktı təsdiqlənməyib: “Yeni ştammla üzləşdiyimizi istisna etmək üçün hazırda araşdırmalar aparılır”.