Gürcüstanda son sutkada koronavirusa 1 653 yeni yoluxma faktı qeydə alınıb, 466 nəfər müalicə olunaraq sağalıb, 13 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 384 387 nəfərin yoluxduğu müəyyən edilib, onların 362 957-si sağalıb, 5 516-sı ölüb.
Aktiv xəstə sayı 15 888 nəfərdir.