Gürcüstanda ötən sutkada koronavirusa 2 316 yeni yoluxma faktı təsdiqlənib, 382 nəfər sağalıb, 18 pasiyent isə ölüb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrdədək qonşu ölkədə COVID-19-a 232 079 nəfər yoluxub. Onların 222 787-si sağalıb, 2 646-sı isə vəfat edib.
Karantin rejimində 377, stasionar nəzarətdə 4 012 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 763 nəfər isə xüsusi otellərdə müalicə olunur.