Gürcüstanda ötən sutkada koronavirusa 160 yeni yoluxma faktı təsdiqlənib, 409 nəfər müalicə olunaraq sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 270 918-ə, sağalanların sayı isə 265 523-ə çatıb.
Son 24 saat ərzində xəstəlikdən vəfat edənlərin sayı 10 nəfər artaraq 3 520 olub.