Gürcüstanda ötən sutkada koronavirusa 2 415 yeni yoluxma halı təsdiqlənib, 943 nəfər sağalıb, 26 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 393 360 nəfərə yüksəlib. Onların 368 073-ü sağalıb, 5 618-i isə ölüb.
Bu günə olan aktiv xəstə sayı 19 643 nəfərdir.