Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda uşaqlar məcburi qaydada peyvənd olunacaq

  • 2019.01.04 21:39
  • 6389 Baxış
Gürcüstanda uşaqlar məcburi qaydada peyvənd olunacaq
 


Son vaxtlar Gürcüstanda qrip və digər yoluxucu xəstəliklərin artması, xüsusən də uşaqlar arasında bu xəstəliklərin sürətlə yayılması hökuməti daha sərt addımlar atmağa vadar edib.


Medicina.az Azərtac-a istinadən bildirir ki, hökumətin qərarına əsasən Gürcüstanda uşaqlar məcburi qaydada peyvənd olunacaqlar. Uşaqların peyvəndləməsinə yanvarın ilk günlərindən başlanılıb.


Qeyd edək ki, bununla əlaqədar qanun 2018-ci ilin payızında qəbul olunsa da, qeyri-müəyyən səbəblərdən icra edilmirdi. Daha əvvəl isə uşaqlar könüllülük prinsipi əsasında, valideynlərin arzusu ilə peyvənd olunurdular.


Bu ildən bütün dövlət məktəblərinə və uşaq bağçalarına uşaqların qəbulu zamanı valideynlər onların peyvənd olunmaları haqqında arayış təqdim etməlidirlər.