Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda üçüncü doza vaksin vurulacaq

  • 2021.09.20 13:47
  • 1021 Baxış
Gürcüstanda üçüncü doza vaksin  vurulacaq
Gürcüstanda koronavirusa qarşı vaskinasiya prosesində üçüncü dozanın (“buster” doza) tətbiqi nəzərdə tutulur.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “buster” doza ilk növbədə zəif immunitetli şəxslərə vurulacaq.

Nazir müavini həmçinin deyib ki, son günlər Gürcüstanda peyvəndlənmə səviyyəsi aşağı düşüb. “Ən yüksək göstərici Tbilisidə qeydə alınıb. Şəhərin yaşlı əhalisinin 60 faizdən çoxu artıq vaksinasiyadan keçib”.