Sabahdan Gürcüstanda açıq havada tibbi maskadan istifadə etməyənlər cərimələnəcək.
Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.
Onun sözlərinə görə, noyabrın 4-dən etibarən qapalı məkanlarda olduğu kimi, açıq havada da tibbi maska taxmaq məcburi olacaq.
Qaydanı pozan vətəndaşlar 20 lari (11 manat) cərimə ediləcəklər.