Gürcüstanda son sutka ərzində daha 5 352 nəfərə koronavirus diaqnozu qoyulub, 2 635 nəfər müalicə olunaraq sağalıb, 48 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 461 198 yoluxma faktı təsdiqlənib. Yoluxanların 409 110-u sağalıb, 6 230-u ölüb.
Aktiv xəstə sayı 45 832 nəfərdir.