Gürcüstanda son sutkada koronavirusa 1 663 yeni yoluxma halı təsdiqlənib, 769 nəfər müalicə olunaraq sağalıb, 13 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qonşu ölkədə COVID-19-a ümumilikdə 381 336 nəfər yoluxub, onların 361 327-si sağalıb, 5 492-si ölüb.
Aktiv xəstə sayı 14 491 nəfər təşkil edir.