Gürcüstanda son sutkada koronavirusa 1 595 yeni yoluxma halı qeydə alınıb, 398 nəfər sağalıb, 6 pasiyent isə vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 22 803-ə çatıb. Sağalanların sayı 9 401, vəfat edənlərin sayı isə 178 olub.
Karantin rejimində 4 408, stasionar nəzarətdə isə 3 155 nəfər saxlanılır. 1 848 asimptomatik xəstə xüsusi otellərdə müalicə olunur.