Gürcüstanda son sutkada koronavirusa 1 351 yeni yoluxma faktı təsdiqlənib, 337 nəfər sağalıb, 14 pasiyent isə vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 21 208-ə çatıb. Sağalanların sayı 9 003, vəfat edənlərin sayı isə 172 olub.
Hazırda karantində 4 462, stasionar nəzarətdə isə 3 071 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 772 nəfər xüsusi otellərdə müalicə olunur.