Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda son statistika - 4 472 yoluxma, 34 ölü

  • 2020.11.28 11:10
  • 1441 Baxış
Gürcüstanda son statistika -  4 472 yoluxma, 34 ölü

Gürcüstanda son sutkada daha 4 472 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 4 058 nəfər sağalıb, 34 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 127 942 yoluxma halı təsdiqlənib. Yoluxanların 106 328-i sağalıb, 1 195-i isə ölüb.

Karantin zonalarında 2 076, stasionar nəzarətdə 6 286 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 3 844 nəfər isə xüsusi otellərdə müalicə alır.