Gürcüstanda qızılcaya yoluxma hallarında kəskin artım müşahidə edilir.
"Medicina" xəbər verir ki, Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib ki, 2023-cü il ərzində Gürcüstanda qızılcaya 23 yoluxma halı qeydə alınıb,
2024-cü ilin təkcə yanvarında təsdiqlənmiş yoluxma hallarının sayı 16-dır. Əlavə edib ki, yoluxmalardan 14-ü paytaxt Tbilisidə qeydə alınıb və onların əksəriyyəti 20-40 yaşlılardır.
Maraqlıdır ki, Gürcüstanda ciddi uşaq yoluxmaları və ölümü yoxdur.
Çxaidze yoluxma hallarının Rusiya, Qazaxıstan və Azərbaycanda da artdığını, ÜST-ün Avropa regionunda 2022-ci illə müqayisədə yoluxmaların 42 dəfə artdığını bəyan edib.