Gürcüstanda son sutkada 3443 nəfər koronavirusa yoluxub, 37 nəfər ölüb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 443 yoluxma halı qeydə alınıb, 37 nəfər ölüb.
Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 89 395 nəfərə, ölənlərin sayı isə 815 nəfərə çatıb.
Virusa yoluxanlardan 71 468 nəfərin sağaldığı bildirilir.