Gürcüstanda son sutkada koronavirusa 396 yeni yoluxma halı qeydə alınıb, 469 nəfər müalicə olunaraq sağalıb, 19 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 268 097-yə çatıb. Onların 261 066-si sağalıb, 3 425-ı isə ölüb.
Hazırda karantin rejimində 281, stasionar nəzarətdə 1 769 nəfər var. 228 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.