Gürcüstanda son sutkada daha 3 487 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 495 nəfər sağalıb, 39 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 198 387 yoluxma halı təsdiqlənib. Yoluxanların 167 281-i sağalıb, 1 922-si isə ölüb.
Hazırda karantin rejimində 969, stasionar nəzarətdə 6 721 nəfər saxlanılır. 2 461 nəfər isə xüsusi otellərdə müalicə olunur.