Gürcüstanda son sutkada daha 1 551 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 878 nəfər sağalıb, 17 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 307 401 nəfərdə aşkarlanıb. Onarın 288 816-sı sağalıb, 4 077-si isə ölüb.
Son 24 saat ərzində 29 487 test yoxlaması aparılıb.