Gürcüstanda son sutkada daha 20 nəfərdə koronavirus aşkarlanıb, 9 pasiyent sağalaraq evə buraxılıb.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 568-ə, sağalanların sayı isə 1 279-a çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19 nəfər təşkil edir. 262 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Hazırda Gürcüstan üzrə karantində 6 185, stasionar nəzarətdə isə 215 nəfər saxlanılır.