Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda koronavirusa yoluxma sayı yenə artdı

  • 2020.09.08 10:09
  • 1928 Baxış
Gürcüstanda koronavirusa yoluxma sayı yenə artdı

Gürcüstanda son sutkada daha 45 nəfərin koronavirusla bağlı testinin nəticəsi pozitiv çıxıb, 6 pasiyent sağalaraq evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Saölamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 1 729-a çatıb. Sağalanların sayı 1 321 nəfər, vəfat edənlərin sayı isə 19 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantin zonalarında 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır. 363 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Qeyd edək ki, ötən gün qonşu ölkədə koronvirusa sutkalıq yoluxma göstəricisi 34 olub.