Gürcüstanda son sutkada daha 182 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 13 pasiyent sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 3 119 nəfərə, sağalanların sayı isə 1 435-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.
Hazırda ölkə üzrə karantində 6 633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.