Gürcüstanda ötən sutka ərzində koronavirusa yoluxma aşkar edilməyib.
Bildirilib ki, bu, fevralın 26-dan - ölkədə koronavirus aşkar ediləndən bəri ilk belə hadisədir.
Qeyd edək ki, Gürcüstanda koronavirus indiyə qədər 879 nəfərdə aşkar edilib, onlardan 14-ü ölüb.
Eyni zamanda, gün ərzində 20 xəstənin koronavirusdan sağaldığı bildirilib. Sağalanların ümumi sayı 724 nəfərdir. Klinikalarda koronavirusdan müalicə olunan 141 xəstə var.