Gürcüstanda son 24 saat ərzində daha 259 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 62 pasiyent sağalaraq evə buraxılıb.
Merdicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 4 399-a, sağalanların sayı isə 1 705-ə çatıb. Xəstəlikdən 25 nəfər vəfat edib.
Hazırda karantin zonalarında 5 390, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır, 640 simptomsuz xəstənin isə xüsusi otellərdə müalicəsi davam etdirilir.