Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda koronavirusa yoluxanların sayı artır

  • 2020.04.09 11:55
  • 1081 Baxış
Gürcüstanda koronavirusa yoluxanların sayı artır
Gürcüstanda koronavirusa yoluxanların sayı 214-ə çatıb.

Ölkə üzrə ümumilikdə 3 nəfər xəstəlik səbəbindən həyatını itirib, 50 nəfər isə sağalaraq evinə buraxılıb.

Həmçinin 4,559 nəfərin karantinə alındığı, 353 nəfərin isə tibbi müşahidə altında saxlanıldığı qeyd olunub.

Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılması səbəbi ilə aprelin 21-nə qədər fövqəladə vəziyyət elan olunub.