Gürcüstanda ötən sutkada daha 2 058 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 529 nəfər sağalıb, 22 pasiyent isə ölüb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 238 086 nəfər təşkil edir. Onların 224 718-i sağalıb, 2 750-si isə vəfat edib.
Hazırda karantində 512, stasionar nəzarətdə 3 867 nəfər saxlanılır. 754 nəfər isə xüsusi otellərdə müalicə olunur.