Gürcüstanda koronavirusa yoluxanların sayı 174 nəfərə çatıb.
Medicina.az xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.
O deyib ki, bu gün dörd nəfərin koronavirusla bağlı testi müsbət nəticələnib.
Ölkədə bu günə qədər koronaviruslu xəstələrin 36-sı sağalıb, 2-si isə ölüb. Hazırda karantində 5 067, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır.