Gürcüstanda son sutkada daha 448 nəfərin koronavirusla bağlı testinin nəticəsi pozitiv çıxıb, 299 pasiyent sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 6 640-a, sağalanların sayı isə 3 419-a çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 39 nəfər təşkil edir.
Karantin zonalarında 5 392, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır. 1 100 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə alır.