Gürcüstanda son sutkada daha 265 nəfərdə koronavirus aşkarlanıb, 54 pasiyent sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 4 664-ə, sağalanların sayı isə 1 759-a çatıb. Xəstəlikdən 26 nəfər vəfat edib.
Hazırda karantində 5 584, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 781 nəfər xüsusi otellərdə müalicə olunur.