Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda koronavirus yenidən "alovlandı"

  • 2024.08.21 10:00
  • 1372 Baxış
Gürcüstanda koronavirus yenidən  "alovlandı"
Gürcüstanda koronavirus infeksiyasına (COVID-19) yoluxma halları artıb.

Bu barədə ölkənin İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.

O bildirib ki, yoluxma hallarının artması əsasən son üç həftə ərzində müşahidə olunur: "Laborator analizlərin nəticəsi onu deməyə əsas verir ki, Gürcüstanda yay mövsümü üçün xarakterik olmayan ən çox koronavirus hadisəsi qeydə alınıb. Eyni zamanda qeyri-adi haldır ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində olub".

Qrup rəhbəri əlavə edib ki, hazırda ölkədə yayılan bütün viruslar əsasən yüngül formalıdır.