Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda koronavirus əleyhinə peyvəndləməyə hazırlıq başladı

  • 2020.12.02 13:14
  • 986 Baxış
Gürcüstanda koronavirus əleyhinə peyvəndləməyə hazırlıq başladı

Gürcüstanda koronavirusa qarşı peyvəndləmə prosesinin davamlılığını təmin etmək üçün xüsusi işçi qrupu yaradılıb.

Bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasından bildirilib.

Qrupun əsas vəzifəsi peyvəndin vaxtında əldə olunması, ölkə miqyasında həm infrastruktur, həm də logistik baxımından bütün hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək olacaq.

Qeyd edək ki, qonşu ölkədə COVID-19-a qarşı peyvəndin 2021-ci ilin mart-aprel aylarında əlçatan olacağı gözlənilir. Hökumətin əldə edəcəyi vaksin Gürcüstan əhalisi üçün ödənişsiz olacaq.